Artıq yeni inteqrasiya nəticəsində fərdi sahibkarlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmət üzrə əməliyyatlarını SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər.
SİMA rəqəmsal imza vasitəsilə "PAŞA Bank"dan əməkhaqqı kartı olanlar mobil tətbiqi vasitəsilə nağd kredit üçün müraciət edə, "Turan Bank"da əmanət yerləşdirə, Yelo Bank”dan banka getmədən sahibkar krediti götürə və “Bank of Baku” müştəriləri “Dostbank” tətbiqində identifikasiya prosesini tamamlaya bilərlər.
Nəzərə alsaq ki, asan imza yüklenməsi mümkün olmayan və quraşdırılması zaman alan bir proses olduğu üçün vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər SİMA imza tətbiqini telefonlarına yükləyərək və sadə qeydiyyat prosesini tamamlayaraq üstünlüklərdən yararlana bilərlər.
SİMA mobil tətbiqi heç yerə getmədən, sənədlər toplamadan, növbədə gözləmədən və cəmi bir neçə dəqiqə ərzində yeni nəsil rəqəmsal imza əldə etməyə imkan verir.
SİMA İmza mobil tətbiqini yükləyib, şəxsiyyət vəsiqənizi oxudub və üztanıma əsasında kimliyinizi təsdiqlədib yeni nəsil rəqəmsal imza əldə edin.